Ermənilər Bərdənin 60 kilometrliyində daha 500 mənzil tikməyi planlaşdırır…- FOTObackend

Ermənilər Bərdənin 60 kilometrliyində daha 500 mənzil tikməyi planlaşdırır…– FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əsgəranda hazırda tikilən 3 çoxmənzilli binanın tikintisinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub…”

NOCOMMENT.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bu haqda Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatç-terrorçu rejimin üzdəniraq lideri Araik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.

A.Arutyunyan 2025-ci ilədək, yəni 5 il ərzində Əsgəranda daha 500 mənzilin tikintisinin planlaşdırıldığını da əlavə edib.
Separatçı erməni rəhbər, ümumiyyətlə, Qarabağda mənzil tikintisinin mümkün qədər artırılması üçün bundan sonra da əllərindən gələni edəcəklərini vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın 30 ilə yaxındır işğal altında qalan Əsgəran şəhəri Bərdə şəhərindən cəmi 60 km, təmas xəttindən isə 15-20 km  məsafədə yerləşir..
Moderator.az