Ermənilər bu metodla Makronu yenidən meydana dəvət edirlər – Politoloqbackend

Ermənilər bu metodla Makronu yenidən meydana dəvət edirlər – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gələn fransız jurnalistlərin koronavirus yayması ilə bağlı Ermənistanda yerli əhali arasında narazı fikirlər formalaşmağa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Publika.az-a danışan politoloq Qabil Hüseynli erməni xalqının ölkədə koronavirusun sürətlə yayılmasına görə fransız jurnalistləri ittiham etməsinə aydınlıq gətirib.

O bildirib ki, bu, erməni xislətindən irəli gələn hərəkətdir: “Ermənistanda koronavirus çoxdan yayılıb və sürətlə də artmağa davam edir. Onlar birdən-birə virusun artmasının səbəbini fransız jurnalistlərində görürlərsə, bu, ermənilərin növbəti hiyləsidir. Ermənistana Fransadan çoxlu sayda jurnalist gəlməyib. Həm də onlar daha çox döyüş bölgələrinə yaxın hissələrdə olublar. Onların ölkədə virusu kütləvi şəkildə yayması imkansızdır. Bundan əlavə, Avropada koronavirusa yoluxan şəxsləri cəmiyyətdən təcrid edirlər, qaldı ki, jurnalistlər virusa yoluxduqları halda Ermənistana gəlsinlər. Xəstə bir insan o qədər məsafəni aşaraq Ermənistana reportaj üçün gəlməz”.

Q.Hüseynlinin sözlərinə görə, erməni xalqının fransızları şərləməsi onların soykökündə nə qədər qırıqlıq olduğunu, mənəvi fəsadlıq içərisində yaşadıqlarını göstərir: “Bir qədər işləri əyri gedən kimi yüzlərlə səbəb, günah axtarırlar. Ona görə də Fransadan narazıdırlar. Emmanuel Makron münaqişə başlayandan özünü ortaya atdı və hay-həşir saldı. Dövlət başçısı İlham Əliyev və Türkiyə prezidenti onun çox yaxşı cavabını verdi və o, susmalı oldu. Ermənilər bir yerdən dəstək görəndə əl çəkmək istəmirlər. Onlar bu cür təzyiq metodu ilə Makronu yenidən meydana dəvət edirlər. Danışıqlar prosesini məhv edən Ermənistan indi çətin durumdadır. Ermənilər Dağlıq Qarabağda ciddi məğlubiyyətə düçar olurlar və bu səbəbdən də dayanmadan yeni vasitələr axtarmağa, bölgəni təsir altında saxlamağa çalışırlar. Ancaq onların istəyi baş tutmayacaq”.