Ermənilər bunu da etdi: evsiz gəldi, evlə getdi – VİDEObackend

Ermənilər bunu da etdi: evsiz gəldi, evlə getdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu tərəfindən azad olunmuş torpaqlarımızı tərk edən mənfur qonşularımız əllərinə keçən bütün əşyaları maşınlara yükləyib daşıyırlar.

NOCOMMENT.az xəbər verir ki, Qarabağdan qaçan ermənilər evləri belə yerli-dibli çıxararaq yük maşınlarında Ermənistana aparırlar. Erməni vandalları təbii ki, bununla da öz xislətlərini nümayiş etdirirlər. “Assoşeyted Press”in fotomüxbirinin noyabrın 18-də çəkdiyi bu kadr ermənilərin həyasızlığının daha bir nümunəsidir.

Hələ bu harasıdır? Ötən günlərdə xarici saytlarda yayımlanan videokadrlarda abır-həyasını itirmiş hayların evdəki unitazları da ikiəlli yapışaraq daşıdıqlarının şahidi olduq. Heç şübhəsiz ki, unitazlar onlara getdikləri yerdə daha lazımlı olacaq.

Dünyaya özlərini əzabkeş kimi qələmə verən ermənilər qaçhaqaçda qədim Azərbaycan torpaqlarının fauna və florasını məhv etməyi, meşələrimizi yandırmağı da unutmadılar. Bu azmış kimi, yaşadıqları ərazidə uzun illər istifadə etdikləri heyvanlara da qənim kəsildilər. Mal-qaranın bir qismini maşınlara yükləyən rəzil ermənilər yazıq eşşəklərə rəhm etməyərək qanlarına qəltan etdilər. Nədənsə maşında onlara yer tapmayaraq sözün əsl mənasında genosidə uğratdılar. Yəqin fikirləşiblər ki, Ermənistanda uzunqulaqlardan çoxdur.

Bəzi siyasi analitiklərin fikrincə, bu hadisələr həm də onu göstərir ki, haylar bir daha qədim Azərbaycan torpaqlarına dönməyəcəklərindən əmindirlər.

Axar.az