Ermənilər Əkrəm Əylisinin əsərlərini bütün dünyada satışa çıxarıblar – Sapı özümüzdən olan baltalarbackend

Ermənilər Əkrəm Əylisinin əsərlərini bütün dünyada satışa çıxarıblar – Sapı özümüzdən olan baltalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əkrəm Əylisli – yəqin ki, bu ad hər birimizə tanışdır. Lakin əslən azərbaycanlı olan Əkrəm Əylisli son illərdə erməni xalqına daha yaxındır, belə ki, əsərləri azərbaycanlılardan daha çox ermənilər tərəfindən oxunur. Təsadüfi deyil ki, dünyada bir sıra ictimai xadimlər Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər.

Hələ 2014-ci ildə Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanır:

“Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”.

NOCOMMENT.az xəbər verir ki, bu gün Əkrəm Əylisli mövzusuna yenidən qayıtmağın səbəbi onun kitablarının dünyanın müxtəlif dillərinə tərcümə edilməsi və satışının həyata keçirilməsidir.

Bu gün Əkrəm Əylislinin “Daş yuxular” adlı romanını və digər əsərlərini bir çox onlayn kitab satışı saytlarında müxtəlif dillərə tərcümə edilmiş variantlarda tapmaq mümkündür.

Politoloq Zaur Məmmədovun fikrincə, bu təşəbbüs erməni lobbisinin xüsusi dəstəyi və maliyyəsi ilə həyata keçirilir.

Bütün dünyada satışa çıxarılan bu kitabların qiyməti 50-60 manat arası dəyişsə də, alıcıların sayı heç də az deyil.

Qazet.az