Ermənilər əndişəyə düşdülər, Şeyxə qarşı kampaniya başladılarbackend

Ermənilər əndişəyə düşdülər, Şeyxə qarşı kampaniya başladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi və qeydə alınması erməniləri əndişəyə salıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, erməni mediası buna qarşı artıq eybəcər kampaniyaya başlayıb. Onlar Şeyxi “antierməni”, “millətçi”, hətta heç bir əxlaqa sığmadan “narkobaron” adlandıraraq, A.Paşazadənin adının guya “qanunsuz işlərdə hallandığını” bildirir, misal kimi isə Qafqazın şeyxinə qarşı vaxtilə tirajladıqları həqiqətdənkənar, böhtan yığınlarını gündəmə gətirirlər.

Qeyd edək ki, Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə dəfələrlə həm Qarabağ münaqişəsinin həllində, eyni zamanda regional gərginliklər zamanı ağsaqqallığı, sülhpərvər niyyətli çağırışları, eyni zamanda bu istiqamətdə fəaliyyəti ilə hər zaman seçilib. Müqayisə üçün deyək ki, ermənilərin “dənizdən dənizə” ideologiyasının və türk düşmənçiliyinin mənbəyi və təbliğatçısı kilsədir. Erməni kilsəsi hər zaman savaş və terrorizmin körükçüsü, təşkilatçısı və dəstəkçisi kimi çıxış edib.