Ermənilər Füzuli istiqamətində kəndlərimizi vurmağa başladı – cəbhədən son xəbərbackend

Ermənilər Füzuli istiqamətində kəndlərimizi vurmağa başladı – cəbhədən son xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi sentyabrın 27-i səhər saatlarından etibarən düşmən cəbhənin müxtəlif istiqamətlərində ordumuzun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başlanılıb.

NOCOMMENT.AZ xəbər verir ki, “Yeni Müsavat” Media Qrupunun Füzuli rayonuna ezam olunan reportyorlarının məlumatına görə ordumuz bu istiqamətdə əks-hücum əməliyyatlarına davam edir.

Gecə boyu ordumuz ağır artilleriyadan düşmən mövqelərini hədəf alıb. Qısamüddətli fasilələr olsa da, ordumuz əks-hücum əməliyyatlarına ara verməyib.

Bu gün səhər saat 07:00 radələrindən etibarən ermənilər Füzuli rayonu istiqamətində olan kəndləri, fərdi yaşayış evlərini atəşə tutmağa başlayıb.