Ermənilər Füzuli məscidini bu hala salıblar – FOTOLARbackend

Ermənilər Füzuli məscidini bu hala salıblar – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər işğal altında olan illərdə Füzuli şəhərində yerləşən tarixi məscidi yerlə-yeksan ediblər. Məscidin yalnız bəzi divarları salamat qalıb.

NOCOMMENT xəbər verir ki, həmçinin Füzuli şəhər məzarlığı da dağıntılara məruz qalıb. Qəbir daşlarının əksəriyyəti sökülüb, bəziləri isə oğurlanıb. Hətta məzarların ətrafındakı dəmir hasarların da sökülərək aparıldığı bildirilir.

Xatırladaq ki, bununla yanaşı, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndindəki qəbiristanlıq da ermənilər tərəfindən dağıdılıb.