Ermənilər indi şokdadırlar – Keçmiş xarici işlər naziribackend

Ermənilər indi şokdadırlar – Keçmiş xarici işlər naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasında ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün iclas keçirilib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev isə faktlarla Ermənistanın yalanını ifşa edib. 

Çox güman ki, BMT TŞ-də istədiklərini əldə edə bilməyən Ermənistan dinc dayanmayacaq. Şərti sərhəddə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki erməni silahlı qüvvələrinin tez-tez mövqelərimizi atəşə tutması da düşmənin hansısa təxribata hazırlaşdığını göstərir.

Bəs, BMT-dəki uğursuzluqdan sonra ermənilər silahlı qarşıdurmaya gedə bilərlərmi?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Redaktor.az-a danışdı.

O, dedi ki, geniş hərbi əməliyyatları görmür:

“Ermənistanın imkanları buna çatmaz. Çünki Azərbaycanın hərbi potensialı, ermənilərin hərbi potensialını qat-qat üstəliyir. Amma hansısa təxribatlar istisna olunmur, ilk növbədə də sülhməramlı olan bölgədə. Başa düşməliyik ki, orada yerləşənlər birbaşa Ermənistanın hərbçiləridir. Həm silahı-sursatı, həm də maaşı Ermənistandan alırlar. Bölgədə hansısa təxribat olacaq və çalışacaqlar ki, bu təxribatı beynəlxalq ictimaiyyətdə təbliğ etsinlər. “Humanitar böhran” adında nağıllarını təbliğ etdilər, amma indi heç kim bu nağıla inanmır. İndi hansısa təxribatı təşkil edib və onun üzərində təbliğat aparacaqları istisna olunmur. Hər halda bir müddət sonra bunu görəcəyik. Digər tərəfdən üçüncü oyunçular da çalışacaqlar ki, ermənilərlərlə “danışıqlar” aparıb, vasitəçilik göstərsinlər. Hesab edirəm ki, ermənilər indi şokdadırlar. Gözləyək, nəticəni görəcəyik”.