Ermənilər indiyədək Tərtərə on beş mindən çox top atıb – VİDEObackend

Ermənilər indiyədək Tərtərə on beş mindən çox top atıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini artilleriya atəşinə tutub.

NOCOMMENT xəbər verir ki, bu barədə report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat yayıb.

Saat 16 radələrindən başlayaraq düşmən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndlərinə ümumilikdə 52 top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Tərtər rayon sakini Füzuli Həsənov bildirib ki, düşmən tərəfindən atılan top mərmiləri nəticəsində evi dağılıb. O qeyd edib ki, buna baxmayaraq rayon ərazisini tərk etməyiblər: “Şəhər ərazisində həyat öz axarı ilə davam edir. Biz düşməndən qorxmuruq. Ordumuza güvənirik. Yaşasın Azərbaycan Ordusu. Qarabağ Azərbaycandır!”.

Sentyabrın 27-dən noyabrın 2-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilkdə 15 698 top mərmisi atıb, 17 nəfər ölüb, 54 nəfər yaralanıb.

Nəticədə 915 evə ziyan dəyib, 135 ev, 32 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 3 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.

Bundan başqa, 64 çoxmənzilli yaşayış binasına, 67 yardımçı tikiliyə, 25 sosial obyektə, 1 abidəyə, 8 istehsal obyektinə, 3 su təchizatı obyektinə, 1 istilik təchizatı obyektinə, 28 ticarət obyektinə, 5 xidmət sahəsinə, 17 inzibati binaya, 10 məzar daşına ziyan dəyib.