Ermənilər İsgəndər-lə bu şəhərimizi vurublar – ŞOK VİDEObackend

Ermənilər İsgəndər-lə bu şəhərimizi vurublar – ŞOK VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadəsinin detalları bəlli olub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Ermənistanın Adekvad Partiyasının liderlərindən biri olan Artur Danielyan “İsgəndər”dən istifadənin görüntülərini yayıb. O, Ermənistanın bu raketlərlə Şuşanın noyabrın 7-də səhər 9:00-da vurulduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş inspektoru Movses Akopyan Ermənistanın Azərbaycana qarşı “İsgəndər”lərdən istifadəsini təsdiqləsə də, bunu hansı istiqamətdə və nə zaman etdiyini açıqlamamışdı.

Bir müddət öncə separatçıların lideri Araik Arutyunyan ermənilərin Şuşa şəhərinə nəzarəti noyabrın 7-də tam itirdiyini etiraf etmişdi.

Ermənistana İsgəndər-E raketləri Rusiya tərəfindən aprel savaşından sonra verilib. Bu raketlərin İsgəndər M-dən yeganə fərqi onun cəmi 280 kilometr məsafədəki hədəfləri məhv edə bilməsidir.

İsgəndər-E də İsgəndər-M kimi nüvə başlığı daşımağa qadirdir.