Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirirbackend

Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində yeni yaşayış məntəqələri inşa etməkdə davam edir.

NOCOMMENT.az xəbər verir ki, işğal altındakı Kəlbəcər rayonunda kütləvi məskunlaşdırma və turizmin inkişafı üçün hazırlıq işləri sürətlə davam edir. Belə ki, Ermənistan Qarabağa açıqlan 2-ci yolun – Vardenis-Ağdərə yolununun Kəlbəcər rayonunun mərkəzinə qədər 27,5 kilometr hissəsi asfaltlaşdırılır.

Yolun xüsusilə dağlıq 2 yerində isə körpü inşa olunmasına hazırlıq görülür.

Bundan başqa, Kəlbəcərin rayon mərkəzində Avstraliya diasporunun ianəsi hesabına 15 yeni fərdi ev, Ermənistanın ayırdığı maliyyə vəsaiti hesabına isə 48 mənzildən ibarət 2 hündürmərtəbəli bina inşa edilir.

Bölgəni turizm mərkəzinə çevirməklə yanaşı, separatçı rejim rəhbərliyi Yerevanın köməyi ilə bölgəyə Livan ermənilərini köçürməti də planlaşdırır. Hazırda Kəlbəcərin rayon mərkəzində 2 minə yaxın erməni yaşayır.
Modern.az