Ermənilər Laçındakı buraxılış məntəqəsindən sərbəst keçirlərbackend

Ermənilər Laçındakı buraxılış məntəqəsindən sərbəst keçirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün – iyunun 29-da mülki ermənilərin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən 8 nəqliyyat vasitəsinin sərbəst keçidi təmin edilib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Onların avtomobilləri prosedura uyğun olaraq yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.