Ermənilər Monteyə Moskvada xatirə gecəsi keçirirlərbackend

Ermənilər Monteyə Moskvada xatirə gecəsi keçirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Erməniləri İttifaqının iyunun 12-də Moskvada beynəlxalq terrorçu Monte Melkonyanın xatirə gecəsini keçirmək niyyətində olması çox əyani şəkildə göstərir ki, yalnız Ermənistanda yaşayan ermənilər deyil, yalnız Rusiyanın erməni diasporu deyil, məhz bütün ermənilik dərin mənəvi-psixoloji və intellektual quyunun dibindədir.

NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-a məşhur rusiyalı tarixçi, professor Oleq Kuznetsov bildirib.

“Ermənistandakı seçkiqabağı kampaniya göstərdi ki, bu ölkədə və ümumiyyətlə, bütün ermənilikdə heç bir intellektual, normal düşüncəli siyasətçi yoxdur.

Bu gün ermənilər hər hansı məntiqi konstruksiya qurmaq əvəzinə, Rusiyada təxribat dolu xatirə gecəsi keçirməyi düşünür. Məhv edilmiş, günahları, satqınlıqları sübut olunmuş terrorçuya xatirə gecəsi keçirməklə onlar erməniliyə yeni ideya yeritmək istəyirlər. Tamamilə aydındır ki, ermənilərin bu cür hərəkətlərində heç bir konstruktiv və yaradıcı potensial yoxdur.

Bu fakt bir daha sübut edir ki, ermənilik, öz mənəvi-psixoloji ambisiyalarını təmin etmək üçün fəal şəkildə formalaşmış keçmişlə yaşayır. Hazırda mən bu xalqın qarşısında heç bir əhəmiyyətli, əlamətdar perspektiv görmürəm. Onlar xaosa və öz suverenliyinin itirilməsinə yuvarlanırlar. Bu xalq, sadəcə, planetdən tamamilə yoxa çıxa bilər. Öz ambisiyalarının qurbanı kimi yox olan etnik qrupların nümayəndələri tarixdə kifayət qədərdir”, – deyə o qeyd edib.