Ermənilər Moskvadan 225 kq qızıl çıxarmaq istədilər – VİDEObackend

Ermənilər Moskvadan 225 kq qızıl çıxarmaq istədilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç Ermənistan vətəndaşı Rusiyadan 225 kq qızıl çıxararkən saxlanılıblar.

NOCOMMENT xəbər verir ki, bu barədə rus teleqram kanalları məlumat yayıblar.

Onlar Moskvanın Vnukovo hava limanından gecə reysi ilə Dubaya uçmaq istəyərkən saxlanılıblar. Daha doğrusu qrup iki yerə bölünüb – 3 erməni qızıl külçələrlə İrəvana yola düşüblər. Digər qrup üzvləri isə birbaşa Dubaya uçublar və qızılları orada gözləyiblər.

İrəvan əbəs yerə seçilməyib – Asiya İqtisadi Birliyi ölkələri arasında gömrük nəzarəti yox səviyyəsindədir. Qaçaqmalçılar güman ediblər ki, İrəvandan da Dubaya uçmaq asan olacaq, amma elə Moskvada ilişiblər.

İlkin hesablamalara görə, hava limanında ələ keçirilən qızılın dəyəri təxminən 770 milyon rubl təşkil edir.