Ermənilər müharibə zonasından daha bir meyit tapdılarbackend

Ermənilər müharibə zonasından daha bir meyit tapdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axtarış qrupunun üzvləri Cəbrayıl rayonu ərazisində aparılan axtarış tədbirləri zamanı bir hərbçinin meyitinin qalıqlarını tapıblar.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Unan Tadevosyan məlumat verib.

Dünən axtarış işləri Hadrut, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında, eləcə də Ermənistanın Sünik istiqamətindəki sərhəd zonalarında aparılıb.

Nəticədə bir hərbçinin cəsədi tapılıb və şəxsiyyətini təyin etmək üçün məhkəmə tibbi ekspertizası təyin olunub.

Tadevosyanın sözlərinə görə, bu gün axtarışlar Azərbaycan tərəfinin 1990-cı ildə Bakıda baş verən 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar qadağan olunmasına görə aparılmayacaq. “Dedilər ki, ermənilərin bu gün ərazilərimizə girmələrini istəmirik”, – deyə Tadevosyan bildirib.

Tadevosyan onu da əlavə edib ki, qar yağması səbəbindən də axtarış işlərinin aparılması mümkün deyil.

Sonda bildirək ki, kəşfiyyat işləri noyabr ayında başladığından bəri son döyüş əməliyyatları zonasında 1247 hərbi və mülki şəxsin cəsədi və qalıqları aşkar edilib.