Ermənilər müharibədə oğurladıqları külli miqdarda silah-sursatı təhvil veriblərbackend

Ermənilər müharibədə oğurladıqları külli miqdarda silah-sursatı təhvil veriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Gorus icmasında, Sisian rayonunda yüzlərlə “Kalaşnikov” avtomatı, o cümlədən qumbaraatan, habelə xeyli sayda sursat polis əməkdaşlarına təhvil verilib.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, silah-sursatlar ikinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun tabeliyində olub, lakin ayrı-ayrı şəxslər tərəfindən oğurlanıb. Silahlar Ermənistanın ayrı-ayrı rayonlarına Qarabağdan işğal dövründə gətirilib.

Polis vətəndaşlara cinayət məsuliyyətindən yayınmaq üçün qanunsuz silah və sursatları könüllü olaraq təhvil verməyə çağırıb.