Ermənilər müharibədən qaçmaq üçün Yerevandakı Rusiya səfirliyinə axın edirbackend

Ermənilər müharibədən qaçmaq üçün Yerevandakı Rusiya səfirliyinə axın edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Yerevandakı Rusiya səfirliyinin qarşısında çoxlu sayda insan cəmləşib. Onlar Qarabağda gedən müharibəyə görə Rusiyaya köçmək istəyənlərdir.

NOCOMMENT.az xəbər verir ki, bu haqda Znak.com Rusiya portalı bildirir. Toplaşanlar əsasən ikili vətəndaşlığı olanlardır. Bir çoxları etiraf edir ki, səfirliyə uşaqları üçün pasport almağa gəliblər və yaxın günlərdə onları Qarabağdakı döyüş əməliyyatlarına görə Rusiyadakı qohumlarının yanına göndərməyə hazırlaşırlar.

“Mən özüm buradan heç yana gedən deyiləm, amma ailənin qeydinə qalmaq və onu Rusiyaya göndərmək lazımdır”,-toplaşanlardan biri Rusiya internet-qəzetinin səfirliyin qarşısında baş verənləri müşahidə edən müxbirinə deyib. Bildirib ki, ikili vətəndaşlığı var və çoxdandır Rusiyada yaşayır. İndi gəlib ki, ailəsini Ermənistandan çıxarsın, təhlükəsiz yerə aparsın.

Jurnalist səfirliyin qarşısındakı böyük növbəni çəkə bilməyib, binanı mühafizə edənlər bildiriblər ki, kameranı yığışdırmaq və çəkilmiş fotoları pozmaq lazımdır. Çünki səfirlik binası qorunan obyektdir.

Xatırladaq ki, bundan əvvəl Ermənistan üzərindən Dağlıq Qarabağa keçən xarici jurnalistlərdən biri saytımıza ermənilərin xaotik şəkildə Xankəndini tərk etdiyini bildirib. Mənbə deyib ki, əhalinin kütləvi şəkildə Ermənistana üz tutmasının qarşısını almaq üçün sentyabrın 29-da axşam saatlarından başlayaraq Dağlıq Qarabağa giriş-çıxışı məhdudlaşdırıblar.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bu günkü açıqlamasında isə bildirilir ki, Dağlıq Qarabağa girişdə blok-postlar qoyulub və xüsusi icazəsi olmayanlar bu əraziyə daxil ola bilməyəcəklər.
Virtualaz.org