KoronaVirus İnformasiya Portalı
Ermənilər Nikol Paşinyanı cəzasız buraxmayacaqlarbackend

Ermənilər Nikol Paşinyanı cəzasız buraxmayacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan rejimi hakimiyyətdə qalmaq üçün erməni xalqının 200 illik bir savaşını Ali Baş Komandan İlham Əliyevə məğlub olaraq iflasa uğratdı. Nəticədə Nikol Paşinyanı cəzasız buraxmayacaqlar. O isə maksimum dərəcədə hələ ki baş verənlərə tam sahib olmadan, sona qədər dərk etmədən erməni xalqının övladlarını gətirib bu qeyri-bərabər şəraitdə məhv etmək siyasətinə sadiq qalaraq, çox qısa bir zamanda guya toparlanmaq və müharibəni davam etdirmək xəttini seçəcəkdir”.

NOCOMMENT xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc deyib. O qeyd edib ki, Nikol Paşinyan humanitar atəşkəs razılaşmasını ümumən sülh müqaviləsi planı, xüsusilə Rusiya ilə Ermənistanın münasibətlərinin yaxşı bir səviyyəyə çatmasının əlaməti kimi qələmə verməyə çalışacaq:

“Lakin Nikol Paşinyanın niyyəti ürəyində qalacaq. Azərbaycan dövləti beynəlxalq humanitar hüquqdan irəli gələn tələbləri, müharibə qanunlarını güclü bir şəkildə gözləməyi tələb edir. Bizim üçün vətən bütövlüyü anlayışının öndə tutulduğunu ortaya qoyuruq. Hər hansı keçidlərin götürülməsi və əsirlərin dəyişdirilməsi bizim tərəfimizdən rədd edilmir. Bu? yalnız dövlət sistemləri, idarəçiliyi olmayan qitələrdə boykot edilir. İndiki situasiyada bu razılaşmanı az qala hazırkı vəziyyətin tam durdurulması və bundan sonrakı dövrdə onların siyasi planlarının işə düşməsi üçün qələmə verir. Həmin imkanlar nə deməkdir? Onlar maksimum çalışacaqlar ki, Azərbaycan dövlətinin və xalqının əks-hücum zərbəsini və hərbi əməliyyatları ermənilərin etnik şəraitdən tam təmizlənməsi planının tərkib hissəsi kimi qələmə versinlər.

Ancaq bu avantüraya hamını inandırmaq mümkün olmayacaq. Çünki əməliyyatlar sübut etdi, ermənilər insan resursu baxımından elə acınacaqlı vəziyyətdədilər, hətta üç dəfə genişmiqyaslı səfərbərlik elan olunmasına baxmayaraq, Paşinyan istədiyi qüvvəni tapıb, gətirib səngərdə yerləşdirə bilmir. Hazırkı halda o da ola bilər ki, Dağlıq Qarabağda mülki əhalinin 50-60%-i ordan çıxması fonunda onları başqa məkana yerləşdirməkdə qeyri-mümkündür”.

Zahid Oruc atəşkəsin humanitar xarakterli olduğunu bir daha vurğulayıb və qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsinə qərar verərkən Ermənistanın təxribatına cavab olaraq, onu da bir neçə hissəyə böldüyünü ortaya qoyur: “Azad olunmuş kəndlər, qəsəbələr bir tərəfdən Dağlıq Qarabağın Azərbaycandan kənar əraziləridir, burada ermənilər müdafiəni apara bilmirdilər. Yenə ordumuz tərəfindən azad olunan Hadrut və Suqovuşan Dağlıq Qarabağın inzibati hissəsidir.

Belə olduğu təqdirdə artıq onların Azərbaycanla razılaşmaqdan başqa yolları qalmır. Ona görə də Azərbaycan xalqındakı bu narahatlıq torpaqların qaytarılmaması, on illərlə yenidən gözləmək və s. qorxular qəti şəkildə əsaslı deyil. Çünki ölkə rəhbəri son 15 gün ərzində, illər boyu Azərbaycan xalqının torpaq bütünlüyünü təmin etmək üçün dəqiq düşünülmüş bir strateji xətt həyata keçirir. Biz gördük ki, dövlət rəhbərləri ilə necə bağlı qapılar arxasında müzakirələr aparılır. Bunun kiçik bir hissəsi cəmiyyətə çıxır ki, savaş aparılır.

Bu cəbhə xəttində olan döyüşlərdən daha çətin gedir. Biz Marsel, Paris uğrunda vuruşmurduq, amma gördüyünüz kimi, bizim kəndlərimiz kiçik qəsəbələrimiz uğrunda müharibəmiz az qala müxtəlif Qərb dövlətlərinə savaş kimi təqdim olunmaqda idi. Dünya birliyi gördü ki, Azərbaycan özünün ərazi bütövlüyünə sahib olmaq qüdrətindədir. Bununla bərabər biz qardaş Türkiyənin ən böyük birlik, həmrəylik, müttəfiqlik, siyasi, hərbi cəhətdən yanımızda olduğunu gördük. Moskvada qəbul olunmuş razılaşmada formatın dəyişdirilməməsi müddəası çox önəmlidir.

Diplomatik müstəvidə də Türkiyə Azərbaycanın xeyrinə situasiyanın möhkəmlənməsində rol oynayır. Ermənistana elə böyük zərbə dəyib ki, iqtisadi, mənəvi, sosial, siyasi, hərbi cəhətdən bütün müstəvilərdə özünü göstərməkdədir. Bu zərbəni bir-iki aya, bəlkə də bir ilə bərpa etmək mümkün deyil. Sülh yalnız Azərbaycanın verdiyi tələblərlə mümkün ola bilər”.