Ermənilər Paşinyandan Zəngəzurun hesabatını istəyirlərbackend

Ermənilər Paşinyandan Zəngəzurun hesabatını istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Zəfər paradında səsləndirdiyi fikirlərlə bağlı Ermənistan Baş naziri Nikol Paşinyana müraciət edib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, o, Paşinyandan İlham Əliyevin Zəngəzur, Göyçə və İrəvanın Azərbaycanın tarixi torpaqları olması barədə fikirlərinə nədən cavab vermədiyi barədə izahat istəyir.

Abramyan müraciətində qeyd edib ki, Paşinyanın sükutu onun İlham Əliyev və Ərdoğanla həmfikir olmadığı anlamına gəlmədiyinə ümid edir.

“Onları (Əliyevlə Ərdoğanı nəzərdə tutur) dayandırmaq üçün nə edirsiniz? Hələ də rəhbəri olduğunuz bir ölkənin dövlət sərhədlərini Ermənistan ordusu deyil, könüllülər, təhlükəsizlik xidmətinin qüvvələri qoruyur. Bu, dövlət qurumlarının saxta məlumatlarının fonunda baş verir”, – deyə o vurğulayıb.

Abramyanın fikrincə, Ermənistanda vəziyyət hər gün ağırlaşdığı bir vaxtda hakimiyyət ölkə üçün həyati əhəmiyyət daşıyan məsələlərin həllindən uzaq dayanır. Bu səbəbdən o, Paşinyan hakimiyyətini qınayır.

Onun sözlərinə görə, Ermənistanın sərhədlərinin yenidən müəyyənləşdirilməsi müharibəyə səbəb ola bilər.