Ermənilər Putindən sonra ABŞ-a üz tutdularbackend

Ermənilər Putindən sonra ABŞ-a üz tutdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ döyüşlərindən sonra hərtərəfli çöküşə məruz qalan Ermənistan beynəlxalq yardıma möhtac qalmaqda davam edir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, əsir və itkin düşmüş erməni hərbçilərinin yaxınları məsələnin həlli üçün indi də ABŞ-a yalvarmağa başlayıb.

Erməni ziyalılarının nümayəndələri ABŞ-ın Ermənistandakı səfirliyinə məktub ünvanlayıblar.

“ABŞ-ın Ermənistandakı səfirliyinin diplomatik korpusunun nümayəndələri ilə görüşdük və məktubu onlara verdik. Onlar məktubu səfirə çatdıracaqlarna söz verdilər. Cavab gözləyirik. Səfirin mesajın məzmunu ilə tanış olduqdan sonra bizə cavab göndərəcəklərini söylədilər”, – deyə səfirliyin qarşısında keçirilən aksiyaya toplaşanlardan biri bildirib.

Qeyd edək ki, döyüşlərdə itkin düşən əsgərlərin yaxınları daha əvvəl Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlamışdılar.