Ermənilər Qarabağda hansı növ minalar basdırıb?backend

Ermənilər Qarabağda hansı növ minalar basdırıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilən ərazilərdə ermənilərin basdırdıqları minaların növləri açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov aşkar olunan minaların arasında plastik minalara daha çox rast gəlindiyini bildirib.

“Əksəriyyətini düşmən tərəfinin istehsalı olan piyada əleyhinə minalar – PMN-G, həmçinin PMN-2, PMD-6, PMP minaları, tank əleyhinə minalardan isə əsasən TM-57, TM-62M, TM-62P, TM-62P2, TM-62P3 minaları üstünlük təşkil edir. Eyni zamanda, düşmən əhali və orduya qarşı çoxsaylı tələ-minaları və Əldədüzəlmə Partlayıcı Qurğular (ƏPQ) da quraşdırıb”, – deyə o vurğulayıb.

Qeyd edək ki, 2021-ci il ərzində ümumilikdə 20 771 ha ərazi minalardan təmizlənib, 52 386 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.