Ermənilər qorxuya düşüb Fransa ordusunu köməyə çağırdılarbackend

Ermənilər qorxuya düşüb Fransa ordusunu köməyə çağırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda bir neçə siyasi qüvvəni sıralarında birləşdirən “Milli-Demokratik Qütb” hərəkatı Fransa prezidentinə məktub ünvanlayıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, məktubda Emmanuel Makrondan Fransa ordusunu Ermənistanın cənub sərhədlərinə – Zəngəzura yerləşdirməsi xahiş olunur.

Hərəkat fəalları Fransa Senatının Qarabağdakı qondarma rejimi tanımaqla bağlı səsvermə keçirməsini, Fransanın daim Minsk qrupu çərçivəsində həmsədr kimi Ermənistana dəstək verməsi və s. fonunda bu addımı məqsədəuğyun hesab ediblər.

Xatırladaq ki, “Milli Demokratik Qütb” hərəkatı sıralarında radikal “Sasna Tsrer” partiyası, Ermənistan Avropa Partiyası və bir sıra siyasi, ictimai xadimləri birləşdirir.