Ermənilər Rusiyanı belə işğal edir – Sensasiyabackend

Ermənilər Rusiyanı belə işğal edir – Sensasiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin Rusiyaya kütləvi köçü 1988-ci ildən başladı. O zaman ermənilər Rusiyaya guya “Sumqayıt hadisələri”nin qurbanları qismində yerlələşirdi. Onlar biz ruslara “Sumqayıt hadisələri” barəsində uydurma nağıllar danışmaqla nə qədər “dərdli” və “yazıq” olduqlarını göstərməyə çalışırdılar. Doğrusu, bu, onlarda əla alınırdı.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış rusiyalı siyasətçi, ictimai xadim Maksim Şevçenko “Düz danışaq” verilişində çıxış edərkən bildirib.

“Amma Sumqayıtda heç vaxt bu qədər erməni yaşamayıb. Ermənilər Sumqayıt məsələsindən istifadə edərək bütün Rusiyanı doldurdular. Hazırda Rusiyada ermənilərin sayı Ermənistandakından çoxdur. Siz təsəvvür edirsiniz nə baş verir? Rusiyanın böyük regionları artıq tam olaraq erməniləşdirilib. Hətta bizim bəzi şəhərlərimizdə artıq rus dilində danışan yoxdur. Hamı erməni dilində danışır. Bütün yazılar da rus dilində deyil, erməni dilində yazılır… Bunu yalnız “işğal” adlandırmaq olar”, – deyə o qeyd edib.