Ermənilər Rusiyanın İrəvandakı səfirliyi qarşısına yürüş edəcəklərbackend

Ermənilər Rusiyanın İrəvandakı səfirliyi qarşısına yürüş edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni rejissor Mqer Mkrtçyan, prodüser Armen Qriqoryan, aktyor Hrant Toxatyan və digər şəxslər Ermənistan əhalisinə müraciət ediblər.

Bu barədə NOCOMMENT Ermənistan mətbuatına istinadən xəbər verir.

“Belə çıxdı ki, Ermənistanda hakimiyyət yoxdur. Dövlətin hər hansı səlahiyyətli orqanı yoxdur ki, müharibədə itkin düşənlərin və əsir götürülənlərin qaytarılması, həmçinin həlak olmuş əsgərlərin basdırılması prosesi ilə koordinasiyalı şəkildə məşğul olsun”, – deyə onların çağırışında bildirilir.

Onlar bildiriblər ki, Ermənistandakı bu problemlərin həlli harada yaşamasından asılı olmayaraq, hər bir ermənidən asılıdır.

Müraciət müəllifləri bu gün yerli vaxtla saat 12:00-da, “Azadlıq” meydanından Rusiya Federasiyasının Yerevandakı səfirliyinin binası qarşısına yürüş edəcəklərini bildiriblər.