Ermənilər rusları təhqir etdi, Solovyov əsəbiləşdi – Videobackend

Ermənilər rusları təhqir etdi, Solovyov əsəbiləşdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı teleaparıcı, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Solovyov bu dəfə Ermənistan əleyhinə fikirlər söyləyib.

Əvvəlcə erməni xalqını çox sevdiyini deyən Solovyov İrəvanda keçirilən mitinq zamanı Rusiyaya qarşı rus dilində sərt fikirlər səsləndirən Vahe Qasparyan adlı şəxsin sözlərinə hiddətlənib.

“Paşinyan və Ermənistan rəhbərliyinə sualım var. Rusiyada bunu necə başa düşək? İkinci Qarabağ müharibəsi zamanı erməniləri əlində silah olan Qasparyan yox, Rusiya sülhməramlıları xilas etdi. Siz acı məğlubiyyətə uğradınız və qalib gəlmək şansınız yox idi. “Artsax”ı biz ayaqda saxladıq!

Bu insan niyə azadlıqdadır? Niyə Ermənistan rəhbərliyi, erməni cəmiyyəti, erməni ziyalıları buna reaksiya vermir? Niyə Rusiya vətəndaşları və Ermənistanı xilas edən rus sülhməramlılar bunu eşitməlidir? Və Soros tör-töküntüsü, ABŞ-ın pulu ilə mövcud olan birisi bunları deyir. ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi Ermənistandadır”.

Solovyov “onlar azlıqdadır”, “onları dəstəkləyən azdır” və s. kimi bəhanələri qətiyyətlə indidən rədd etdiyini də bildirib. O deyib ki, necə ola bilər, Qasparyanın cavabı verilmir, əksinə, alqışlanır?

Mitinqdə Rusiyaya qarşı sərt fikirlər söyləyən Vahe Qasparyan deyib ki, tarixdə heç vaxt erməni rus dostluğu olmayıb. Ermənistan Rusiyanın əlində marionetka olub və indi bu dostluq mifi ifşa edilib, bu, artıq ermənilər üçün aksiomdur. O çıxışını rus şair Lermontovun sözlərilə “Əlvida, yuyulmamış Rusiya” deyərək bitirib. Çoxminli mitinq iştirakçıları isə onu alqışlayıb.

NOCOMMENT.az ednews.net-ə istinadən daha ətraflı videonu təqdim edir: