Ermənilər tunellər vasitəsi ilə sərhədlərimizi pozur: Bir məsələ qalıb, o həll olunandan sonra…backend

Ermənilər tunellər vasitəsi ilə sərhədlərimizi pozur: Bir məsələ qalıb, o həll olunandan sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sovetlər dövründə də ermənilər qızıl mədənlərinə yeraltı tunellər açaraq Azərbaycan sərhəddini keçib sərvətlərimizi talıyırdılar. Azərbaycan tərəfi bu barədə özünün münasibətini bildirsə də, o vaxt Moskva bu məsələyə də bir o qədər reaksiya vermədi.

NOCOMMENT.az Bu fikirləri Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, lakin bu gün yeni sərhədlərin müəyyənləşməsi təsdiqini tapandan sonra təbii ki, bu məsələlərə də yenidən baxılacaq:

“Əgər sərhədlər pozulubsa, yəni tunellər vasitəsi ilə Azərbaycan ərazilərinə keçmə varsa, bu məsələlər dərhal öz həllini tapmalıdır. Ermənistan hələ ki, Azərbaycanın sərhədlərini tanımır, sülh sazişinə imza atmayıb. Bu məsələ öz həllini tapandan sonra yeraltı sərvətlərimizin qeyri-qanunu mənimsənilməsinin də qarşısı alınacaq. Ola bilər ki, yerin üstündə nəzarət var, amma ermənilər və onların havadarları yerin altına tunel çəkərək o ehtiyatlardan istifadə edirlər. Təbii ki, yerin üstündə heç nə görünmür. Amma Azərbaycana aid olan ərazilərə bizim sərhəd qoşunlarımız nəzarət edir. Sadəcə bir tanınma məsələsi qalıb, o da həll olunandan sonra digər məsələlər də öz həllini tapmalıdır.
Hafta.az