Ermənilər üçtərəfli bəyanata əməl etmək istəmirlərbackend

Ermənilər üçtərəfli bəyanata əməl etmək istəmirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ictimaiyyəti Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladığı bəyanatı qəbul etmək istəmir.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, Paşinyanın bəyanatı imzalaması xəyanət kimi dəyərləndirlir. Lakin məsələnin başqa tərəfi də var. Ermənistanın ictimai-siyasi xadimləri bəyanatın Ermənistan üçün hüquqi öhdəliklər yaratmadığını bildirirlər.

“Üçtərəfli bəyanat beynəlxalq müqavilə deyil və Ermənistan üçün hüquqi öhdəliklər yaratmır”, – hüquq elmləri doktoru, professor Artur Qambaryan bildirir.

Onun sözlərinə görə, bəyanatın 9-cu maddəsi Ermənistan ərazisinin dəyişdirilməsinə aiddir ki, bu da hüquqi baxımdan müstəqillik bəyannamasənin 2-ci, konstitusiyanın 1-ci, 205-ci maddənin isə 1-c hissəsinə ziddir.

“Üçüncüsü, unutmayın ki, Ermənistanın istiqlal bəyannaməsi Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” birgə qərarına əsaslanır.

Konstitusiya Məhkəməsinin belə bir qərarı bizim üçün deyil, tam hüquqlu suverenliyi əldə etmək üçün gələcək nəsilə lazımdır”, – deyə o əlavə edib.

Ermənistan ictimai-siyasi mühitində müzakirələrin bu istiqamətdə getməsi, yəni, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması, torpaq iddialarının davam etdirilməsi erməni tərəfin üçtərəfli bəyanata əməl edəcəyinə şübhə yaradır.