Ermənilər və azərbaycanlılar barışıq içində yaşamağa məcburdur – Şahnazarovbackend

Ermənilər və azərbaycanlılar barışıq içində yaşamağa məcburdur – Şahnazarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər və azərbaycanlılar qonşu olduqları üçün barışıq içində yaşamağa məcburdur.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Rusiyada yaşayan erməni mənşəli rejissor Karen Şahnazarov bildirib.

O bildirib ki, nə ermənilər Marsa gedəcək, nə də azərbaycanlılar Yupiterə:

“Əslində bu iki xalqın ümumi cəhətləri çoxdur: onlar uzun müddət Rusiya İmperiyasının, daha sonra Sovet İttifaqı daxilində birgə yaşayıblar. Bu səbəbdən Ermənistanla Azərbaycan arasında sülhün mümkün olduğunu düşünürəm, amma bunun üçün səbir və böyük müdriklik lazımdır”.

K.Şahnazarov qeyd edib ki, Azərbaycanın daxilində olan Qarabağın gələcəyini kifayət qədər firavan görür:
Ermənilər və azərbaycanlılar qonşu olduqları üçün barışıq içində yaşamağa məcburdur.

Bu sözləri açıqlamasında Rusiyada yaşayan erməni mənşəli rejissor Karen Şahnazarov bildirib.

O bildirib ki, nə ermənilər Marsa gedəcək, nə də azərbaycanlılar Yupiterə:

“Əslində bu iki xalqın ümumi cəhətləri çoxdur: onlar uzun müddət Rusiya İmperiyasının, daha sonra Sovet İttifaqı daxilində birgə yaşayıblar. Bu səbəbdən Ermənistanla Azərbaycan arasında sülhün mümkün olduğunu düşünürəm, amma bunun üçün səbir və böyük müdriklik lazımdır”.

K.Şahnazarov qeyd edib ki, Azərbaycanın daxilində olan Qarabağın gələcəyini kifayət qədər firavan görür:

“Bunun üçün ilk növbədə qarşılıqlı inamsızlığı aradan qaldırmaq lazımdır. İnsanlar bir-birinə etibar etməlidir. Qarabağ erməniləri başa düşməlidirlər ki, onlara heç bir təhdid yoxdur. Bu 30 ildə Ermənistan və Azərbaycan arasındakı münasibətlər hər iki xalq üçün yorucu oldu. Aydındır ki, hazırda Ermənistandan qat-qat zəngin bir ölkə olaraq Azərbaycan Qarabağı inkişaf etdirə biləcək”.