Ermənilər Xocalıda girov düşən azərbaycanlıları nə vaxt qaytaracaqlar? – Mühüm AÇIQLAMAbackend

Ermənilər Xocalıda girov düşən azərbaycanlıları nə vaxt qaytaracaqlar? – Mühüm AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əsirlikdə olan erməni hərbçiləri geri qaytarmaqda davam edir. Yaxın vaxtlarda Bakıda erməni əsir qalmayacaq.

NOCOMMENT yenisabah-a istinadən bildirir ki, bu bəyanatla Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov çıxış edib.

Rusiyalı generalın bu bəyanatı çoxsaylı suallar doğurub. Hazırda Azərbaycan ictimaiyyəti bu suallara cavab axtarır: Erməni əsirlərin geri qaytarılması üçün ardıcıl səylər göstərən rus sülhməramlıları Xocalıda əsir və girov götürülən azərbaycanlıların geri qaytarılması üçün niyə təşəbbüs göstərmir?

Rəsmi Bakı və sülhməramlılar erməni hökumətinin qarşısında bu tələblə çıxış edə bilərmi?

Xatırladaq ki, Birinci Qarabağ müharibəsi dövründə 604 hərbçi, 29 uşaq, 98 qadın, 112 qoca olmaqla 267 mülki şəxs ermənilər tərəfindən əsir və girov götürülüb.

Bu adamlar sağdırlarmı? Onların taleyi necə olacaq?

Milli Məclisin üzvü Elman Nəsirov saytımıza açıqlamasında bu suallara aydınlıq gətirib: “Azərbaycan tərəfi dəfələrlə Ermənistanın, Rusiyanın, eyni zamanda bütün ictimaiyətin nəzərinə çatdırıb ki, Bakıda erməni əsir yoxdur. Keçən il noyabrın 10-da müharibə bitib, ondan sonra diversiya və terror hərəkətlərinə görə saxlanılan erməni mənşəli insanlar olub və onlar məsuliyyət daşıyırdılar. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, bir çox hallarda onların geri qaytarılmasını təmin edib. Sonuncu dəfə 4 dekabrda daha 10 nəfər Ermənistan tərəfinə təhvil verildi. Qarşlığında isə Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etdi.

Bu gün Rüstəm Muradov da qeyd etdi ki, Azərbaycanda heç bir erməni əsir yoxdur, bu həqiqətdir. Lakin bizi başqa həqiqətlər maraqlandırır. Niyə Birinci Qarabağ müharibəsində itkin düşən, əsir-girov götürülən 4000 Azərbaycan vətəndaşından xəbər yoxdur? Niyə onlar haqqında heç bir məlumat vermirlər?

Burada birmənalı mövqe ortaya qoyulmalıdır. Əgər qeyd olunursa ki, Azərbaycanda heç bir erməni əsir yoxdur, Azərbaycan onları qaytarıb, humanist addım atıb, o zaman Ermənistan tərəfi niyə humanist addım atmır?

Hazırda bu suallar cavabız qalıb. Cənab prezident İlham Əliyev ən nüfuzlu beynəlxalq tribunalarda bu məsələləri qaldırır. Eyni zamanda bu məsələlər Azərbaycan, Rusiya, Ermənistanın siyasi liderlərinin danışıqlarında da müzakirə preqmeti olub.

Azərbaycan bu məsələləri beynəlxalq məhkəmələrin preqmetinə çevirəcək. Bu istiqamətdə müvafiq addımalarda atılmaqdadır”.