Ermənilər yenə Fərruxu gündəmə atdı – Azərbaycanlılar oradan çıxarılmalıdırbackend

Ermənilər yenə Fərruxu gündəmə atdı – Azərbaycanlılar oradan çıxarılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu saat Qarağluxda Azərbaycan bayraqları dalğalanır, mən öz gözlərimlə gördüm…”

“Rəsmi bəyanatlara görə, Rusiya tərəfi azərbaycanlıların öz məsuliyyət zonasından çıxarılmasını təmin etməlidir. Amma yerli sakinlərin sözlərinə görə, Fərrux və Qaragluxda(kənd yaxınlığındakı yüksəklik-S.L.) heç bir dəyişiklik yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bunu bu günlərdə Azərbaycan dövlətinin icazəsi olmadan Qarabağda – Xocalı rayonunun Fərrux kəndində olmuş Ermənistanın Tert.am saytının əməkdaşı Ani Akopyan yazıb.

“Rusiya hərbçiləri Fərruxun yanında post qurub və heç kəsi kəndə buraxmırlar. Bu yaxınlarda hətta kəndin başçısı içəri keçmək istəsə də, onu da buraxmayıblar. Fərruxda vəziyyət qətiyyən dəyişməyib, Rusiya qoşunları kənddə qalmaqda davam edir, azərbaycanlılar isə kənddən təxminən 200 metr aralıdadırlar” – bu sözləri isə erməni müxbirə açıqlamasında kəndin qanunsuz “meri” Artuş Mikaelyan söyləyib.

“Azərbaycanlıların hücumundan sonra kəndi tərk edən Fərrux sakinləri kəndə qayıda bilməyiblər, evləri, əşyaları, heyvanları – hər şeyləri kənddə qalıb. Mən və ailəm indi Stepanakertdə ev kirayələyirik”, – deyə Mikaelyan bildirib.

“Bu saat Qarağluxda Azərbaycan bayraqları dalğalanır, mən öz gözlərimlə gördüm, deyirlər ki, təpədə rus əsgərləri dayanıb. Amma mən orada Azərbaycan bayraqlarını gördüm, hər şey bir neçə ay əvvəl olduğu kimidir, yeni heç nə yoxdur”- deyə Qarabağda sülənən erməni əlavə edib.
Moderator.az