Ermənilər yeni Laçın yolundan istifadəyə başladılarbackend

Ermənilər yeni Laçın yolundan istifadəyə başladılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, artıq ötən gündən etibarən Qarabağda yaşayan ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə etməyə başlayıblar.

NOCOMMENT xəbər verir ki, sosial şəbəkədə yoldan istifadəyə dair görüntülər yayılıb.

Görüntülərdə erməni sürücülərin Rusiya sülhməramlılarının müşayiəti ilə yoldan istifadə etdiklərini görmək mümkündür.

Yeni yolun ilk sərnişinləri qondarma qurumun başçısı Arayik Arutyunyan və təhlükəsizlik şurasının katibi Vitali Balasanyan olublar. Onlar saat 18 radələrində Xankəndidən çıxıblar, avtomobillə Tex kəndinə gediblər, daha sonra yolun təhlükəsiz və yararlı olduğundan əmin olmaq üçün geri dönüblər. Yeni yolun fasiləsiz fəaliyyətinə Rusiya sülhməramlıları nəzarət edir, yol yerli sakinlər və qonaqlar üçün tamamilə təhlükəsizdir.