Ermənilərdən ŞOK İDDİA: Füzuli aeroportunu biz tikmişik – VİDEObackend

Ermənilərdən ŞOK İDDİA: Füzuli aeroportunu biz tikmişik – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Absurd iddia – “Füzuli aeroportunu ermənilər tikib”.

NOCOMMENT.az xəbər verir ki, bu yaxınlarda bloger Tamuna Mumladze bir qrup gürcü jurnalistlərlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səfərdən qayıdan bloger gürcü blogeri səfər təəssüratlarını bölüşərək video paylaşıb.

Videoda Tamuna Mumladze gördüklərindən şokda olduğunu, ermənilərin daş üstündə daş qoymadığını və 30 ildə bir ağac belə əkmədiklərini bildirmişdi. Bundan sonra ermənilərin blogerə “hücuma” başlayıblar.

Tamuna Mumladze erməniləri canlıya dəvət edib və onların ittihamlarına cavab verib. Erməni qadınlardan birinin cavabı Tamunanı “şoka”salıb. Erməni qadın Tamunaya “Niyə sən deyirsən ki, ermənilər orada heç nə tikməyib?”, – deyib. Gürcü xanım cavab verib ki, “Əgər mən orada bircə dənə tikili görsəydim, əlbəttə düzünü deyərdim, mən orada heç nə görmədim”, – deyə cavab verib.

Erməni qadın təəccüblə “Niyə ki? Orada aeroport gördün, bax onu biz tikmişik”,- sərsəmləyir. Tamuna erməninin sözlərindən qəhqəhə çəkir və deyir: “Aeroportu azərbaycanlılar tikib”. Erməni qadın yenə sayıqlayır: “Onlar səni aldadıblar, aeroportu biz tikmişik, bu bizim işimizdir. Azərbaycanlılar səni aldadıblar, biz tikmişik, başa vurmamışıq, onlar tamamlayıblar. Sən mənə qulaq as. Yolları da biz çəkmişik. yeraltı keçidləri də biz tikmişik”.

Tamuna Mumladze eşitdiyi ağ yalanlardan, uydurmalardan,qırmızı-qırmızı üzə durmalardan çox təəccübləndiyini bildirib. Erməni qadın bu dünyada nə varsa ilk ermənilərin yaratdığını deyib.

Ətraflı videoda:

konkret.az