Ermənilərə daha bir zərbə: KTMT-nin iclası təxirə salındıbackend

Ermənilərə daha bir zərbə: KTMT-nin iclası təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KTMT Daimi Şurasının iclası təxirə salınıb. Bu barədə təşkilatın sözçüsü Vladimir Zaynetdinov məlumat yayıb.

“KTMT Daimi Şurasının iclasının keçirilməsi Azərbaycan-Ermənistan sərhədində vəziyyətin müzakirə ediləcəyi formatı müəyyənləşdirmək üçün KTMT-yə üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurəti səbəbindən təxirə salınıb”, – deyə V.Zaynetdinov bildirib.

NOCOMMENT xatırladır ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin gərginləşməsi üzündən KTMT Baş katibi Stanislav Zas bu gün təşkilatın Daimi Şurasının təcili iclasını çağırmışdı.