Ermənilərə dəstək verən Tatulovanın Bakıdakı kafesi bağlandıbackend

Ermənilərə dəstək verən Tatulovanın Bakıdakı kafesi bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Ermənistan tərəfinə maddi dəstək verəcəyini bəyan edən rus qadın sahibkara məxsus kafenin fəaliyyəti dayandırılıb.

NOCOMMENT xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Nəsimi rayonunda AF Mall tiacarət mərkəzində yerləşən “AnderSon” ailəvi kafelər şəbəkəsinin rusiyalı sahibi Anastasiya Tatulova şəxsi feysbuk hesabında paylaşım edərək, “Düşüncələrimlə, pulumla, hər şeyimlə ermənilərin tərəfindəyəm”, – deyə bildirmişdi.

Bundan sonra sosial şəbəkə istifadəçiləri onu tənqid etmiş və Bakıda yerləşən kafeni baykot etməyə çağırmışdılar. Bundan sonra Tatulova paylaşımı silsə də, həyat yoldaşının anasının erməni olduğunu, uşaqlarının “damarlarında axan qanın dörddə birinin erməni qanı” olduğunu əsas gətirərək belə bir paylaşım etdiyini söyləmişdi.

Dünən isə məlum olub ki, Bakıda həmin kafe fəaliyyətini dayandırıb və Tatulovadan franşiza əsasında çalışan kafenin sahibi barəsində araşdırmalar başlanıb.