Ermənilərin bugünkü Qazax təxribatının səbəbi – Türk ekspertbackend

Ermənilərin bugünkü Qazax təxribatının səbəbi – Türk ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfi Azərbaycanın rus sülhməramlıların nəzarət etdiyi ərazilərdə öz varlığını və təsirini genişləndirmək istiqamətində edəcəyi manevrlərin qarşısını rus qüvvələrindən istifadə etməklə almağa cəhd edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Axar.az-a türkiyəli hərbi və təhlükəsizlik üzrə tanınmış ekspert Abdullah Ağar Ermənistan tərəfinin Qazax istiqamətində atəşkəsi pozması ilə bağlı yaranan vəziyyəti və Monitorinq Mərkəzinin bu istiqamətdə ata biləcəyi addımları şərh edərkən deyib.

“Bu mərhələdə onlar arasındakı münsibətlərin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək, amma Türkiyə və Azərbaycanın ermənilərin ruslardan istifadə etməsinə imkan verməməsi lazımdır. Müqavilənin maddələrində Ermənistana dair Dağlıq Qarabağla bağlı heç bir təşəbbüs yoxdur. Amma bu o demək deyil ki, Ermənistanın Qarabağlı bağlı istəkləri mövcud deyil, erməni tərəfi Rusiya və digər böyük güclərin dəstəyindən istifadə edərək, yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışacaq. Bu cəhdlərin qarşısı mütləq alınmalıdır”.

Ekspert atəşkəsin pozulmasını erməni tərəfinin apardığı bir test kimi qiymətləndirib:

“Bu addım Türk-Rus Monitorinq Mərkəzinin atəşkəsin pozulmasına olan reaksiyasının yoxlanılması cəhdi kimi qiymətləndirilə bilər. Yəni əgər Monitorinq Mərkəzi bütün bunları görüb, dəyərləndirib, lazımi tədbirlər görərsə, Rusiya bu məsələdlə öz effektivliyini sübut edərsə, hadisələrin gedişatına nəzarət asanlaşar. Yox əgər Rusiya tərəfi bu atəşkəsi pozmaq cəhdlərinin qarşını almaq üçün hər hansı bir qabaqlayıcı tədbir görməzsə, bu zaman tərəflər arasında etibar böhranı yaşanacaq”.