Ermənilərin cəbhəboyu ərazilərdə basdırdıqları minalar zərərsizləşdirildibackend

Ermənilərin cəbhəboyu ərazilərdə basdırdıqları minalar zərərsizləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin 21-31 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Qazax, Qubadlı, Tərtər rayonları və Mingəçevir şəhəri ərazilərində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 44, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 6 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

ANAMA-dan NOCOMMENT-ə bildirilib ki, daxil olmuş 51 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 43 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 243 ədəd partlamamış hərbi sursat (PHS), 18 ədəd bombacıq, 35 ədəd piyada əleyhinə mina, 86 ədəd tank əleyhinə mina, 37 ədəd tank əleyhinə minanın partladıcısı, 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 314 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.