Ermənilərin çəkdiyi yol bu tarixdə AÇILACAQbackend

Ermənilərin çəkdiyi yol bu tarixdə AÇILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın dəhlizinə alternativ olaraq inşa edilmiş yolun Ermənistan ərazisindən keçən hissəsi 2023-cü ilin aprelin 1-dən istifadəyə veriləcək.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

“Son bir ay ərzində görülən işlərin əsas nəticəsi Laçın dəhlizi boyunca yeni yolun 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacağı ilə bağlı ümumi anlaşmanın əldə edilməsi olub”, – deyə Rusiya rəsmisi bildirib.

XİN rəsmisi, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan tərəfləri arasında əldə olunmuş razılaşma nəticəsində avqustun 24-də köhnə dəhliz marşrutunun təhlükəsizlik zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürülməsi başa çatıb.

Xatırladaq ki, Azərbaycan tərəfinin Laçın dəhlizinə alternativ olaraq inşa etdiyi yol avqustun 30-dan istifadəyə verilib.