Ermənilərin evləri yandırmasının əsl səbəbi – VİDEObackend

Ermənilərin evləri yandırmasının əsl səbəbi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçlü Bəyanata əsasən, Ermənistan ordusu 15 noyabra qədər Kəlbəcərdən çıxmalı və bu rayonumuza Azərbaycan Ordusu girməlidir.

NOCOMMENT.az xəbər verir ki, paralel olaraq Ağdam və Laçın da 1 dekabra qədər Ordumuza təhvil veriləcək.

Hazırda Kəlbəcərdən çıxan ermənilərin evləri və meşələri yandırdığı, erməni şagirdlərin isə azərbaycanlı həmyaşıdlarına “havanı zəhərləyəcəyik ki, siz qırılasınız” kimi mesajlar yazdıqlarını erməni mediası özü tirajlayır, meşələrin və evlərin yandırıldığı görüntüsünü fərəhlə paylaşırlar.

Niyə ermənilər bu vandallığa gedir?

Çünki bu torpaqlarda heç vaxt ermənilər yaşamayıb, onlar bura gəlmədirlər. Kəlbəcər və digər rayonlarımızda məskunlaşma səbəbləri də qızıl yataqlarının istismarı, sərvətlərimizin daşınması ilə bağlıdır. Bu ərazilərə vətən kimi baxan heç bir insan meşələri yandırmazdı.

Digər tərəfdən, Ordumuz erməniləri Vətən müharibəsində təkcə məğlub etmədi, ermənilərin ruhunu sındırdı, onların əzmini, qalib ədasını məhv etdi. Ermənilərin “azərbaycanlılar döyüşə bilmir”, “bacarırsınızsa, gəlin, müharibə edib alın” yekəxanalığını darmadağın etdi. “Erməni qan gördü, bayıldı” təfəkkürü yenidən oyandı, erməni mənliyi uçurumun dibinə düşdü.

İndi öz mahiyyətlərinə uyğun bu cür “qisas” alırlar.

Bir də nəhayət anladılar: bu torpaqlara bir də qayıtmayacaqlar, bu torpaqlar heç vaxt onların olmayıb və olmayacaq. Ona görə daşı, divarı, meşəni yandırıb, suyu zəhərləyirlər.

Oysa azərbaycanlılar necə qaçqın düşmüşdü, bilirsinizmi?

Hamısı evinin ağzını bağlayıb, “Allaha əmanət” edib, gəlmişdilər; 800 min insan yaylıq arasında öz evinin açarını, sənədini indi də saxlayır!.

Amma təkcə qədim Qarabağın 12 rayonundan qaçqın düşən 800 min insan deyil. Həm də 1988-ci ildə Ermənistandan çıxarılıb qovulan 250 min azərbaycanlı.

Bu 250 min azərbaycanlı da evinin ağzını bağlayıb, onların böyük əksəriyyəti – hər halda, həyatda qalanlar – o evlərinin açarını tutiyə kimi qoruyur, ölənlər isə o açarları övladlarına vəsiyyət edir. Çünki bu torpaq onlarındır və bir gün geri qayıdacaqlarına olan inamı heç vaxt itirməyiblər.

Bir gün göyçəlilərin saxladıqları o açarlar da saxlandıqları yerdən çıxacaq…
Axar.az