Ermənilərin general-mayor Bərxudarovla bağlı yaydığı yalanla bağlı RƏSMİ REAKSİYAbackend

Ermənilərin general-mayor Bərxudarovla bağlı yaydığı yalanla bağlı RƏSMİ REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“General Mayis Bərxudarovla bağlı Ermənistan tərəfindən yayılan yalanların məqsədi öz cəmiyyətlərində təşvişi azaltmaqdır”.

NOCOMMENT xəbər verir ki, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan generalları ordumuzun rəhbərliyində öz döyüş əməliyyatlarını davam etdirirlər: “Ermənilərin yalan məlumatları ifşa olunur. Eyni zamanda xarici media nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub. Burada Rusiya, Türkiyə və digər media resurslarının nümayəndələri var. “Əl-Cəzirə” telekanalının nümayəndələri də ölkəmizdə səfərdədir. Onlara Ermənistanın təxribatları ilə bağlı məlumat veriləcək ki, beynəlxalq ictimaiyyətə tam dolğun informasiya ötürülsün”.