Ermənilərin hücum anı yaralanan fəal: Söyüş söyə-söyə…backend

Ermənilərin hücum anı yaralanan fəal: Söyüş söyə-söyə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sözün düzü, gözləmirdik, çünki məkan Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzinin binası idi.

NOCOMMENT.az xəbər verir ki, bunu Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova Parisdə bir qrup erməninin Azərbaycan Mədəniyyət Mərkəzinə hücumunu şərh edərkən bildirib.

“Bildiyiniz kimi, səfirliklərin binası yaxşı mühafizə olunur. Dünən də “Ere TV”nin “Qarabağa aparan yol” filminin təqdimatı idi. Təqdimat başlamamışdan əvvəl Ermənistanın Daşnaksütyun Partiyasının Fransada yaşayan 10-a yaxın üzvü ora gələrək filmin təqdimatına mane olmağa çalışdı. Onlar əllərində mikrofon qışqıra-qışqıra, söyüş söyə-söyə içəri daxil oldular. Həmin şəxslərin qarşısına səfirliyin mühafizəçiləri çıxdılar. Bir neçə azərbaycanlı jurnalist də səfirliyin binasında idi”, – o vurğulayıb.

Qeyd edək ki, iyunun 16-da Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib. Onlar “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş Fransanın “Ere TV” kanalına etirazlarını bildiriblər. Təxribatçılar “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıb, Şuşa və Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər.

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb.