Ermənilərin Kürdəmirə atdığı raketin qalıqlarının düşdüyü ərazibackend

Ermənilərin Kürdəmirə atdığı raketin qalıqlarının düşdüyü ərazi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Müdafiə Nazirliyinin məlumatına görə, düşmən tərəfindən saat 07 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

NOCOMMENT xəbər verir ki, report-un Yuxarı Şirvan bürosu Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən Kürdəmir rayonu ərazisində zərərsizləşdirilən raketin düşdüyü yeri görüntüləyib. Həmin fotoları təqdim edirik.