Ermənilər indi də artıq çökmüş və məhv edilmiş Ukraynanın ərazisini hədəf almaq oradan pay ummaq xəyalları qururlar.
NOCOMMET.az xəbər verir ki, erməni mediası ötən gün “qədim erməni” irsini Ukraynada tapdığını iddia etməkdədir.
Belə ki, ermənilərə məxsus Oragir.news saytı bununla bağlı məqalə dərc edib.
Məqalədə deyilir: “Ukraynanın Ternopil vilayətində 414 illik nadir erməni abidəsi aşkar edilib. Ukrayna Erməniləri İttifaqından verilən məlumata görə, Yazlovets kəndində tədqiqatçılar təsadüfən 1611-ci ildə tikilmiş erməni quyusunu tapıblar.

Yeraltı bulağın – quyunun divarında üzərində latın və erməni yazıları olan həkk olunmuş daş lövhə qalıb və orada yazılıb: Hay Hakob bunu 1611-ci ildə cəmiyyətin xeyrinə tikib. Bu xaç və tikilmiş bulaq Hakob və onun qardaşı Stepanın işidir. Daş ustası Abram öz işini fədakarlıqla yerinə yetirirdi”.
Beləliklə, ermənilər bunu qabartmaqla qədimdə ərazinin ermənilərin doğma yurdu olduğunu iddia etməyə əsas tapıblar.
Unikal tapıntıları araşdıran “Ukraine Incognita” təşkilatının tapılan quyu haqqında məlumatı daha tutarlı faktlarla yayıb:
“Quyu keçmiş erməni məbədinin yaxınlığında yerləşir.
Kənardan quyu adi daş su çəni kimi görünür. Bununla belə, bu, 400 ildən çox əvvəl tikilmiş mürəkkəb hidrotexniki su konstruksiyasıdır. Quyunun əsas hissəsi adi kənd zirzəmisini xatırladır. Bağlı olan hissədə isə kiçik kərpicdən tikilən və güclü bulaqdan qidalanan böyük yeraltı çən var.
Binada “Ukraine Incognita” ekspedisiyası latın və erməni dillərində həkk olunmuş tarix və yazıları olan oyma lövhə aşkar edib. O cümlədən, latın dilində belə deyilir: “Erməni Hakob cəmiyyətin xeyrinə tikmişdir.1611-ci il”.

Ermənicə isə – “Bu xaç və tikilmiş bulaq Hakop və onun qardaşı Stepanın əsərləridir. Erməni təqvimində 1000 və 60 ildə tamamlanıb. Abram (daş oyma ustası – red.) onu sədaqətlə yerinə yetirib”. Yazının tarixi 1787-ci il növbəti bərpa ilidir”.
Daha dəqiq, su quyusunu ermənilər tikməyib. Sadəcə 1611-ci ildə tikilmiş su quyusunu 1787-ci ildə təmir ediblər. Təmir edərkən isə öz “imzalarını” quyunun daşlarında əks etdiriblər. Xüsusən də quyudan çıxan lövhə bəzək baxımından 1535-1609-cu illərdə yaşamış polyak bəstəkarı Mikola Qomulkanın məzar daşına bənzəyir. Qəbir daşı yerli kilsənin divarına tikilib. Tədqiqatçıların fikrincə, məzar daşı və bünövrə lövhəsi, ehtimal ki, Yazloveç şəhərində yaşayıb-yaratmış həmin erməni ustanın əsəridir.
P.S. Bu ermənilərin oğurluğa başlamamışdan əvvəlki əməliyyatlarıdır. Qarabağa 1828-ci ildə Rusiya tərəfindən yerləşdirildikdən sonra Qarabağda çörək qazanmaq üçün qapı-qapı gəzib iş tapıblar. Məsələn azərbaycanlıların yeni tikilən evlərində fəhləlik edərkən evin təməlinə ev sahibindən xəlvət xaçlar yerləşdirməsini Azərbaycanda bilməyən yoxdu. Bu isə mənfur erməni kilsəsinin əmri olduğu üçün heç bir erməni bu əmrdən çıxmayıb.
Əntiqə Rəşid













