Ermənilərin Qarabağda dağıtdıqları xiristian abidələribackend

Ermənilərin Qarabağda dağıtdıqları xiristian abidələri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti Qarabağ məğlubiyyətinin əvəzini çıxmaq üçün Azərbaycanı böhtan və hədələrlə etmədiyi işlərdə günahlandırmağa çalışır.

Son vaxtlar havadarlarının köməyi ilə Qarabağdakı xristian abidələrinin azərbaycanlılar tərəfindən “dağıdılacağı” barədə hay-küy qaldırırlar. Lakin araşdırma zamanı məlum olur ki, ermənilər 28 il işğal altında saxladıqları Azərbaycan ərazilərində islam dövrü abidələrinə vurduqları zərərlər qədər xristian dövrü abidələrinə də zərər vurublar.

NOCOMMENT xəbər verir ki, bunu trend-ə 2014-2017-ci illərdə işğal altında olan ərazilərdəki tarix və mədəni abidələrin monitorinqini aparan Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupun üzvü olmuş mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməklə faktiki olaraq 28 il ərzində Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid etmişdi.

F.İsmayılov qeyd edib ki, Qarabağ və ona bitişik ətraf ərazilərin guya qədim erməni torpaqları olması iddiasını sürən Ermənistan işğal altında saxladıqları Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrini və digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrini dağıtmaq, yox etmək və ya erməniləşdirmək kimi qeyri-qanuni fəaliyyət həyata keçiririb.

Tədqiqatçı qeyd edib ki, ermənilər 28 il işğal altında saxladıqları Azərbaycan ərazilərindəki Alban dövrü abidələrin əzəli görkəmlərini dəyişdirərək erməniləşdirməyə çalışıblar: “Rusiyanın görkəmli Qafqazşünas tarixçi alimi Y.İ.Krupnov Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə bunları yazırdı: “Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.

Ermənilərin alban abidələrinə də iddialarının əsassız olduğunu söyləyən F.İsmayılov qeyd edib ki, Albaniyada xristianlıq memarlığı daha geniş yayılmışdı və bu memarlıq üslubu yalnız albanlara aiddir.

Onun sözlərinə görə, dünyada bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığaqədərki dövr Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir.

Ekspert deyib ki, indiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır.