Ermənilərin Qarabağda səpələnmiş meyitlərini çaqqallar yedi – ŞOK AÇIQLAMAbackend

Ermənilərin Qarabağda səpələnmiş meyitlərini çaqqallar yedi – ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BBC-nin Rus xidməti Qarabağ ərazisində ölüb qalmış erməni hərbçilərin meytitləri barədə tükürpədən məlumat yayıb.

NOCOMMENT.az -ın məlumatına görə Laçın şəhərinə ezam olunmuş BBC jurnalistləri bildiriblər ki, kimsəsiz çöllüklərdə qalmış erməni hərbçilərin meyitlərini ac-yalavac çaqallar didib-parçalayırlar.

“Burada qördüyüm ən dəhşətli mənzərə çaqqalların tikə-tikə didib parçaladıqları cəsədlərdir”, – deyə “Qızıl Xaç”la birgə ölənlərin axtarışı işinə cəlb edilən missiya üzvü bildirib.

“Biz mina sahələrinə də girmişik, çaqqalların tikə-tikə diddikləri cəsədlər də görmüşük. Yadımdadır, Şuşaya işləməyə gəlmişdik, orada isə bütün yol meyit içindəydi. Gənc 18-19 yaşlı erməni oğlanlarının meyitləri. Dəhşət idi…”.

Axtarış missiyasının üzvü Azərbaycan hərbçilərinin humanistliyindən bəhs etməyi də unutmayıb:

“Haqq üçün demək lazımdır, öz gözümlə görmüşəm, azərbaycanlı əsgərlər yeni mövqelər tutarkən, bir çox həlak olmuş erməniləri torpağa basdırırdılar – beləliklə cəsədləri çaqqallardan xilas edirdilər. Harada ki, həlak olanları basdıra bilməyiblər, orda biz çaqqalların parçaladığı bədən hissələri və ayrı-ayrı sümüklər tapırıq”, -deyə axtarış missiyasının üzvü söyləyib.

Qeyd edək ki, Ermənistan tərəfinin məlumatına görə, 13 noyabr 2020-ci ildən bu günə kimi aparılan axtarış nəticəsində 1485 cəsəd tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Modern.az