Ermənilərin “S-300” yalanı üzə çıxdı – FOTOFAKTbackend

Ermənilərin “S-300” yalanı üzə çıxdı – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 13 günlük Qarabağ döyüşləri zamanı Ermənistanın 2 S-300 zenit-raket kompleksini sıradan çıxarmışdı.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanda döyüş növbətçiliyindən çıxarılaraq Qarabağa yerləşdirilən komplekslərdən biri sentybarın 29-da Xocavənd rayonunun Şuşakənd istiqamətində, digəri kompleks isə oktybarın 10-u səhər saatlarında Qubadlı rayonu ərazisində pilotsuz uçuş aparatlarının köməyi ilə məhv edilmişdi.

Şəkillərdən birində oktybarın 9-da Xocavəndin Şuşakənd ərazisində S-300 zenit-raket kompleksinin görüntüləri yayımlanıb. Fotodan da aydım olur ki, kompleksin 2 atəş qurğusu məhv edilib.

Məlumata görə, sentybarın 29-da baş verən həmin hadisədən sonra Ermənistan S-300 zenit raket kompleksini işğal altındakı ərazidən çıxararaq Ermənistana geri qaytarmışdı.

Xatırladaq ki, rəsmi Yerevan S-300 zenit raket komplekslərinin məhv olunduğunu etiraf etmək istəmirdi.
Modern.az