Ermənilərin silah daşımaları ilə bağlı növbəti fakt – Videobackend

Ermənilərin silah daşımaları ilə bağlı növbəti fakt – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni separatçılarının Ermənistandan Xankəndiyə silah daşımasını əks etdirən daha bir fakt ortaya çıxıb.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, separatçılara məxsus UAZ markalı avtomibilin yaxınlığında silah-sursat qutusunun olması görüntülərdə diqqət çəkib.

Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatın yoxlanması məqsədilə Azərbaycan Ordusunun bölmələri 5 martda UAZ markalı avtomobili saxlamağa cəhd göstərib.

Bu zaman UAZ maşınında olan erməni mənşəli şəxslər atəş açıb və əsgərlərimizdən ikisi şəhid olub. Cavab atəşi ilə erməni separatçı-terrorçulardan 3-ü yerindəcə məhv edilib, bir nəfər isə yaralanıb.