Ermənilərin tapdıqları meyitlərin sayı artmaqdadırbackend

Ermənilərin tapdıqları meyitlərin sayı artmaqdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda daha 4 erməni əsgərin meyiti tapılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Suqovuşanda bir erməni meyitini ermənilərə Azərbaycan Ordusu verib. Üzərində tapılan sürücülük vəsiqəsinə əsasən, onun 1993-cü il təvəllüdlü Aşot Xaçatryan olduğu aydınlaşıb.

Qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyanın məlumatına görə, digər 3 meyit Cəbrayıl ərazisində tapılıb. Axtarışlar bu gün Hadrut ətrafında davam etdiriləcək.

Ümumilikdə noyabrın 14-dən başlayan axtarışlar nəticəsində tapılan meyitlərin sayı 1287-ə çatıb – onlardan 15-nin mülki şəxs olduğu ehtimal edilir.