Ermənilərin təxribatı nəticəsində daha 3 mülki şəxs yaralandı – FOTObackend

Ermənilərin təxribatı nəticəsində daha 3 mülki şəxs yaralandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Axşam saatlarında ermənilər Tərtər rayonunun Azad Qaraqoyunlu kəndini növbəti dəfə top mərmiləri atıb. Nəticədə evlərə ziyan dəyib, 3 mülki vətəndaş yaralanılıb. Yaralılar xəstəxanaya aparılıb.

Hazırda döyüşlər davam edir.