Ermənilərin Xankəndidən qovduğu ruslar da geri qayıdacaqbackend

Ermənilərin Xankəndidən qovduğu ruslar da geri qayıdacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Xankəndini işğal etməsi nəticəsində oradan yalnız azərbaycanlılar deyil, ruslar və digər millətlərin nümayəndələri də məcburi köçkün edilmişdi.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin deputatı, Azərbaycan-Rus icmasının rəhbəri Mixael Zabelin bildirib ki, gələcəkdə əvvəlki kimi Xankəndidə ruslar da yaşaya bilərlər. Bununla bağlı heç bir problem yoxdur.

Deputat qeyd edib ki, amma bu, məcburi xarakter daşımayacaq: “Kim istəsə, gedib əvvəl yaşadığı Xankəndidə yaşayacaq. Bu məcburi yox, könüllülük prinsipi əsasında mümkün olacaq. Hər kəsin öz evinə dönmək hüququ var. Bunu onlardan kimsə ala bilməz”.

Mixael Zabelin Xankəndiyə rusların yerləşdirilməsi ilə bağlı xüsusi müraciət hazırlamağa gərək olmadığını da qeyd edib.