Ermənilərin yalan maşını ABŞ-dan İrəvana qayıtdıbackend

Ermənilərin yalan maşını ABŞ-dan İrəvana qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin sabiq rəsmisi, II Qarabağ müharibəsi zamanı öz yalanları ilə xeyli məşhurlaşan Artsrun Ovannisyan səhhətində yaranan problemlər səbəbilə mühacirətdə olduğu ABŞ-dan İrəvana qayıdıb.

NOCOMMENT modern.az-a istinadla xəbər verir ki, A.Ovannisyan 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibədən sonra səhhətində ciddi problemlər yarandığını iddia edərək, ABŞ-a getmişdi.

Məlumata görə, Artsrun Ohannisyan əməliyyat olunmalıdır, bu əməliyyat Ermənistanda aparılacaq. Onun hansı xəstəliklə bağlı əməliyyat olunacağı açıqlanmır.

Qeyd edək ki, A.Ovannisyan II Qarabağ müharibəsi zamanı rəsmi şəxs olaraq sosial şəbəkələrdə və mətbuatda Ermənistan ordusunun ağır məğlubiyyətlərini ört-basdır etmək üçün yalan dolu açıqlamaları ilə gündəmdə qalırdı. Ermənistan ictimaiyyəti sonradan onun cəfəngiyyat danışdığını bilərək, kəskin şəkildə qınamışdı. Bu qınağa dözməyən Ovannisyan məğlubiyyətdən sonra istefa verərək ABŞ-a getmişdi.